Baş nazir Binəli Yıldırım Kristian Jenseni qəbul edib

Baş nazir Danimarka xarici işlər naziri Kristian Jenseni Çankaya Köşkündə qəbul edib.

579575
Baş nazir Binəli Yıldırım Kristian Jenseni qəbul edib

Baş nazir Binəli Yıldırım Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PYD), PKK və DEAŞ ilə mübarizədə müttəfiq və tərəfdaşların güclü əməkdaşlığının böyük əhəmiyyət daşıdığını bildirib.

Baş nazir Danimarka xarici işlər naziri Kristian Jenseni Çankaya Köşkündə qəbul edib.

Jensen 15 iyuldakı xain çevriliş cəhdindən sonra Danimarka hökumətinin Türkiyə ilə həmrəy olduğunu və ölkələr arasındakı ikitərəfli əlaqələri inkişaf etdirməyi, yaxın siyasi dialoqu gücləndirməyi istədiklərini söyləyib.

Baş nazir Yıldırım isə Danimarkanın həmrəyliklə əlaqəli açıqlamasını təqdirlə qarşıladıqlarını ifadə edərək Türkiyənin FETÖ, PKK və DEAŞ ilə eyni anda mübarizə apardığını vurğulayıb.   

Baş nazir həmçinin Danimarka ilə geniş sahəyə yayılan ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək barədə fəaliyyətləri davam etdirəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr