Türkiyədə təhlükəsizlik toplantısı keçirildi

Toplantının ana mövzusu terrorla mübarizə idi.

578303
Türkiyədə təhlükəsizlik toplantısı keçirildi

Türkiyədə Beştəpə Milli Təhlükəsizlik Şurasının iclasından əvvəl sürpriz bir təhlükəsizlik toplantısına ev sahibliyi etdi.
 
 Ölkə prezidenti Ərdoğanın başçılıq etdiyi toplantıda baş nazir Binəli Yıldırım, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, milli müdafiə, daxili işlər və xarici işlər nazirləri və təhlükəsizlik orqanlarının əməkdaşları iştirak etdilər.
 
 Ana mövzusu terrorla mübarizə olan toplantıda PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar müzakirə olundu.
 
Təhlükəsizlik toplantısında masaya qoyulan əhəmiyyətli məsələlər içərisində Suriyadakı proseslər, davam edən "Fərat Qalxanı" əməliyyatındakı son vəziyyət, DEAŞ-la mübarizənin detalları vardı.

Sərhəd təhlükəsizliyi bir daha gözdən keçirildi.

 Fətulalhçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə mübarizənin detalları da sürpriz təhlükəsizlik toplantısının gündəmində yer aldı.
 
 Toplantıda İstintaq prosesləri və FETÖ/PDY-nin beynəlxalq səviyyədəki fəaliyyətləri də dəyərləndirildi.



Әlaqәli Xәbәrlәr