Türkiyədə İqtisadi Koordinasiya Şurasının iclası keçirildi

2017 -2019-cu illəri əhatə edəcək iqtisadi hərəkət planı iclasın prioritet mövzusu oldu.

578305
Türkiyədə İqtisadi Koordinasiya Şurasının iclası keçirildi

 İqtisadi Koordinasiya Şurasının iclası baş nazir Binəli Yıldırımın sədrliyi ilə Çankaya Köşkündə keçirildi.
 
 Təxminən 5 saat davam edən iclasda nazirlər və əlaqədar qurumların rəhbərləri iştirak etdilər.
 
 2017 -2019-cu illəri əhatə edəcək iqtisadi hərəkət planı iclasın prioritet mövzusu oldu.
 
 İclasda orta müddətli proqram, 2017-ci il büdcəsi, böyümə hədəfləri və faiz siyasəti müzakirə olundu.
 
 Bu çərçivədə, 2016-ci ilin makroiqtisadi prosesləri və büdcəsi dəyərləndirildi.
 
 Yeni orta müddətli proqram üçün makroiqtisadi hədəf və  siyasi tədbirlər müzakirə edildi.
 
 Dövlət sektorundakı ümumi tarazlıq və büdcənin əsas ölçüləri də iclasda nəzərdən keçirilən məsələlərdi.



Әlaqәli Xәbәrlәr