"Fərat Qalxanı" əməliyyatının 35 günü arxada qaldı

Türkıyinın Silahlı Qüvvələri tərəfindən davam etdirilən 'Fərat Qalxanı' əməliyyatı çərçivəsində 1 DEAŞ terrorçusu məhv edildi, 30 DEAŞ hədəfinə Fırtına haubitsalarından 57 dəfə atəş açıldı.

578324
"Fərat Qalxanı" əməliyyatının 35 günü arxada qaldı

Suriyanın şimalının terrorçulardan təmizlənməsi üçün avqustun 24-də başlayan "Fərat Qalxanı" əməliyyatının 35 günü arxada qaldı. 

 DEAŞ terror təşkilatı dünyada çox az ölkənin sahib olduğu silahlı dronelarla Türkiyə Silahlı Qüvvələrinə hücum etdi, 3 əsgər yüngül yaralandı.
 
 Müxaliflərin Suriyadakı irəliləyişi isə davam edir.
 
 Türkiyə Silahlı Qüvvələri atəş dəstək vasitələri ilə müxaliflərə yardımını davam etdirir.
 
 Yeri kəşfiyyat və müşahidə vasitələri ilə təsbit edilən  DEAŞ terror təşkilatına məxsus 30  hədəfə,  Fırtına haubitsalarından 57 dəfə atəş açıldı.
 
 Əməliyyatın başlanğıcından bu günədək 1337 hədəf 5 min 091 dəfə atəşə tutulub.
 
 Terror təşkilatı DEAŞ hədəfləri Milli Bomba HGK-1 ilə vuruldu.
 
 Milli Bombanın görüntüləri ilk dəfə mətbuatda yayıldı.
 
 Tall Ari, Amiriyah və Əl Eyyubiyahda olan dörd hədəfə beş milli bomba atıldı.
 
 Komandanlıq və silah mövqeyi kimi istifadə edilən 4 binada olan DEAŞ terrorçuları məhv edildi.
 
 Koalisiya qüvvələrinin keçirdiyi hava əməliyyatlnda  DEAŞ terror təşkilatı tərəfindən istifadə olunan bir bina və 1 terrorçu məhv edildi.
 
DEAŞ-dan təmizlənən yerlərdə 28 mina və 981 əl qumbarası zərərsizləşdirildi.
 
 



Әlaqәli Xәbәrlәr