Cavad Zərif  Ankaraya sәfәr edib

İranın xarici İşlәr naziri Cavad Zәrif Ankaraya işgüzar sәfәr edib.

578850
Cavad Zərif  Ankaraya sәfәr edib

İranın xarici İşlәr naziri Cavad Zәrif Ankaraya işgüzar sәfәr edib.

Cavad Zərif  ilk olaraq  Türkiyәnin  Xarici İşlər naziri  Mövlud Çavuşoğlu ilə görüşüb.

C.Zәrif vә onu müşayiәt edәn heyәt  daha sonra  Baş nazirliyin rәsmi iqamәtgahında Binәli Yıldırım tәrәfindәn qәbul edilib.

Görüşlәrdә ikitәrәfli  münasibәtlәr, enerji, inşaat vә turizm sahәlәrindә әmәkdaşlıq mәsәlәlәri, hәmçinin İraq vә Suriya mәsәlәlәri müzakirә olunub.

 Baş nazir B.Yıldırım  İranla  ikitәrәfli münasibәtlәrin  inkişaf etdirilmәsi  mәsәlәsinin hökumәt proqramında yer aldığını xatırladaraq Yüksәk Sәviyyәli Әmәkdaşlıq  Şurasının iclasında qәbul olunan qәrarlar istiqamәtindә  konkret addımların atılmasının әhәmiyyәtini vurğulayıb.

 C.Zәrif dә Türkiyә ilә yaxın siyasi dialoqu davam etdirmәk vә münasibәtlәrin  gәlәcәk inkişafı mәsәlәsindә  hәmfikir  olduqlarını  bildirib.



Әlaqәli Xәbәrlәr