"Fərat Qalxanı" əməliyyatı əzmlə davam edir

Türk Silahlı Qüvvələrinin  avqustun 24-də başladığı ‘‘Fərat Qalxanı’’  әmәliyyatı qәtiyyәtlә  davam edir.

577579
"Fərat Qalxanı" əməliyyatı əzmlə davam edir

Türk Silahlı Qüvvələrinin  avqustun 24-də başladığı ‘‘Fərat Qalxanı’’  әmәliyyatı qәtiyyәtlә  davam edir.

Suriyanın şimalında yerlәşәn  Ameriyah, Tall Ar, Tall Aşah və Əl Әyyubiyah bölgələrində Azad Suriya Ordusu  və terror təşkilatı DAEŞ arasındakı qarşıdurmalar  davam edir.

Türkiyə Silahlı Qüvvələri "Fərat Qalxanı" əməliyyatı çərçivəsidə  18  DEAŞ hədəfinə  Fırtına mәrmilәri ilә 27 dәfә atәş açdı.

Hәrbi mәnbәlәrin mәlumatına görә,  әmәliyyat çәrçivәsindә  ümumilikdә  1307 hәdәfә  5 min 34 dәfә atәş açıldı.

Koalisiya Qüvvələrinin həyata keçirdiyi 3 hava əməliyyatında 4 DEAŞ terrorçusu məhv edilib.

Terror təşkilatı DEAŞ-dan təmizlənən bölgələrdə 28 mina və 981 əl qumbarası  zərərsizləşdirilib

Qeyd edәk ki, Suriya sərhəd xəttində “Bayrakdar” müşahidəçi pulotsuz uçuş aparatının davamlı kəşfiyyat apardığı da bildirilir.

"AFAD ‘’və Qızılay əməkdaşları tərəfindən Azad Suriya Ordusuna və vətəndaşlara istiqamətlənmiş  fəaliyyətləri fasiləsiz olaraq davam etdirilir. 



Әlaqәli Xәbәrlәr