ABŞ Dövlət katibinin müavini Antony Blinken Türkiyə Böyük Millət Məclisində olub

Blinken Fətullahçı Terror Təşkilatı Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cehdi zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) bombalanan yerlərində tədqiqat aparıb.

577961
ABŞ Dövlət katibinin müavini Antony Blinken Türkiyə Böyük Millət Məclisində olub

ABŞ Dövlət katibinin müavini Antony Blinken Fətullahçı Terror Təşkilatı Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cehdi zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) bombalanan yerlərində tədqiqat aparıb.

Blinken ABŞ-ın Ankaradakı səfiri Con Bass və müşayiətindəki heyət TBMM-də Xarici Əlaqələr və Protokol işləri üzrə sədr Cəmaləddin Tüney tərəfindən qarşılanıb.

Qonaq və müşayiətindəki nümayəndə heyəti FETÖ-nün çevriliş cəhdi zamanı bombalanan yerləri gəzib.

Blinken ziyarətdən sonra jurnalistlərin suallarına cavab verərək deyib ki, buranı gəzərkən çox duyğulandım. Xalqın nümayəndələrinin olduğu yerin hücuma məruz qalması məsələnin öz başına izah edən bir durumdur. Türkiyənin demokratiyasına dəstək verən və çevriliş cəhdinə qarşı müqavimət göstərən insanlara hörmətimi ifadə etmək məqsədilə ilk olaraq buranı ziyarət etdim.



Әlaqәli Xәbәrlәr