Moodysin Türkiyǝnin iqtisadi reytinqinǝ dair  qǝrarından reaksiyalar davam  edir

Moodys beynəlxalq reytin agentliyi tǝrǝfindǝn Türkiyənin reytinqinin endirməsi, vǝziyyǝtinin isǝ durağana çevirməsindən reaksiyalar davam edir.

577302
Moodysin Türkiyǝnin iqtisadi reytinqinǝ dair  qǝrarından reaksiyalar davam  edir

Baş nazir müavini və hökumət sözçüsü Numan Kurtulmuş, Moodysin qǝrarının siyasi məzmunlu olduğunu vurğulayıb.

Kurtulmuş, Çankaya Köşkündə keçirilǝn Nazirlər Kabineti yığıncağından sonra tǝşkil etdiyi mǝtbuat konfransında , Fǝtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi fǝto / PDY-nin 15 iyul çevriliş cǝhdindǝn sonra ölkǝ iqtisadiyyatı ilǝ bağlı ortaya çıxan risklərin əhəmiyyətli ölçüdə azaldığını ifadə edən Moodysin hǝmin açıqlamasıdan 2 gün sonra Türkiyǝnin reytinqinin aşağı düşürüldüyünǝ  diqqǝti çǝkǝrǝk: “Bizim idrak etmǝkdǝ çətinlik çəkdiyimiz mövzu, Moodys analitiklərinin 21 Sentyabrda açıqladıqları hesabat necə oldu da iki gün ǝrzindǝ bu qǝdǝr dǝyişdi. Bunu başa düşmǝkdǝ çǝtinlik çǝkirik” deyǝ vurğulayıb.

Çevriliş cəhdindǝn sonra Türk iqtisadiyyatı ilǝ ǝlaqǝli böyük bir riskin yarandığını lakin bu vəziyyətin dəyişdiyini xatırladan Baş nazirin müavini Kurtulmuş, Türk iqtisadiyyatının qətiyyətlə yoluna davam etdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr