B.Yıldırım Ərzincan Təhsil və Mədəniyyət Fondunun tәdbirindә iştirak edib

Türkiyәnin Baş naziri  Binәli  Yıldırım  Türkiyәnin 14 il әrzindә iqtisadi baxımdan 3 dәfә böyüdüyünü  deyib.

576413
B.Yıldırım Ərzincan Təhsil və Mədəniyyət Fondunun  tәdbirindә iştirak edib

Ərzincan Təhsil və Mədəniyyət Fondunun İstanbulda tәşkil etdiyi  tәdbirә qatılan Binәli Yıldırım: ‘‘Türkiyәdә   14 ildir  çevriliş cәhdinә baxmayaraq sabitlik davam edir. 14 il әrzindә 3 çevriliş tәşәbbüsünü yerlә yeksan etdik’’ deyә bildirib.

 Fetullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun  (FETÖ/PDY)  iyulun 15-dә hәyata keçirdiyi  çevriliş cəhdinə toxunan Yıldırım:

"Bu alçaq terror təşkilatının bütün izlərini  bütün gizli əlaqələrini üzə çıxarmaq vә  təmizləmək hökumət olaraq bizim boynumuzun borcudur" deyib.

Çevrilişçilәrin әdalәt qarşısında cavab verdiyini vurğulayan  Binәli Yıldırım tәşkilatla  әlaqәsi olan  şәxslәr haqqında aparılan istintaqı  tәnqid edәnlәrә: ‘‘Çevrilişçilәri müdafiә  etmәk şәhidlәrә  vә qazilәrә  edilәn böyük haqsızlıqdır’’ deyib.

Beynəlxalq kredit dərəcələrini müəyyənləşdirmə agentliyi Moody's-in  Türkiyənin kredit reytinqini "Baa3’’-dәn  "Ba1’’ sәviyyәsinә endirmәsinә toxunan  Yıldırım:  " Türk  iqtisadiyyatı, istehsal edən, böyüməyi və sabitliyi hədəfə alan, 79 milyon vətəndaşının rifahını və inkişafını hədəfә  alan bir iqtisadiyyatdır" deyә bildirib.



Әlaqәli Xәbәrlәr