Nihad Zeybekçi TRT-yə xüsusi müsahibə verdi

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi dünyanın ən iddialı həvəsləndirmə sistemini tətbiq edəcəklərini söylədi.

575623
Nihad Zeybekçi TRT-yə xüsusi müsahibə verdi

  Nihad Zeybekçi Amerika Birləşmiş Ştatlarında keçirdiyi görüşlərin son günündə TRT-yə xüsusi müsahibə verdi.
 
 Zeybekçi səfərinin Türkiyəyə sərmayələrin cəlb olunması və 15 iyuldakı çevriliş cəhdi ilə bağlı ABŞ ictimaiyyətini məlumatlandırmaq baxımından faydalı olduğunu bildirdi.
 
 Həvəsləndirmə paketinin detallarını da açıqlayan Zeybekçi şirkətlərlə vergi məsələsi ilə əlaqədar müəyyən bir müddətə razılaşacaqlarını və asanlaşdırılmış prosedurları təmin edəcəklərini ifadə etdi.
 
 Şirkətlərə lazım olduğu hallarda, sığorta ödəmələrində dəstək də veriləcəyini vurğulayan Zeybekçi:  "Enerji qiymətləri müəyyən bir müddət sabit qalarsa, bunu razılaşdıracağıq.  5-10 milyard dollarlıq böyük sərmayələrdəki kreditlərdə lazım olarsa, maliyyə və faiz dəstəyini təmin edəcəyik " şəklində danışdı.
 
 Zeybekçi: "Firmalar sektorda təkbaşına sərmayədən çəkinsələr, Türkiyə kapital və investisiya fondları, və ya digər mənbələrimiz ilə biz o şirkətlərlə  49%-ə qədər ortaq olacağıq" dedi.
 
 Zeybekçi tətbiq edəcəkləri həvəsləndirmə sisteminin dünyanın ən iddialı həvəsləndirmə sistemi olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr