“YPG və PYD olan yerdə Türkiyə olmayacaq”, R.T.Ərdoğan

Görüşdə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə mübarizədə Amerika Birləşmiş Ştatları ilə görüləcək işlər və Suriya müharibəsi müzakirə olunub.

574682
“YPG və PYD olan yerdə Türkiyə olmayacaq”, R.T.Ərdoğan
erdoğan-çipras.jpg
erdoğan-suudi arabistan veliahtı.jpg
şinzo abe-erdoğan-borut pahor.jpg

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 71-ci Sessiyasında iştirak etmək getdiyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində ikitərəfli danışıqlar çərçivəsində ABŞ vitse-prezidenti Co Baydenlə (Joe Biden) görüşüb.

  Görüşdə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə mübarizədə Amerika Birləşmiş Ştatları ilə görüləcək işlər və Suriya müharibəsi müzakirə olunub.

  Ərdoğanın Baydenlə mətbuata bağlı və təxminən saat yarım çəkən görüşündə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ədliyyə naziri Bəkir Bozdağ, İqtisadiyyat naziri Nihat Zeybekçi, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak, Xarici İşlər Nazirliyi müşaviri Feridun Sinirlioğlu və Milli İstihbarat Təşkilatının məsləhətçisi Hakan Fidan da iştirak edib. Söhbət zamanı FETÖ başçısı Fətullah Gülənin geri qaytarılma tələbi önə çıxarılıb. Ədliyyə naziri Bəkir Bozdağ Baydenə Gülənlə bağlı yeni qovluqlar verib.

  Bayden Fətullah Gülənlə bağlı işlərin aparıldığını deyib, Türkiyə-ABŞ arasında strateji əlaqələrin əhəmiyyətinə toxunub, Türkiyə xalqının demokratik təşkilatlara və qanunun aliliyinə olan bağlılığını dəyərləndirib. Fərat Qalxanı əməliyyatına da toxunan ABŞ vitse-prezidenti terror təşkilatı PKK-nın Türkiyə Təhlükəsizlik Qüvvələri və vətəndaşlara istiqamətli hücumlarını qınayıb. Ərdoğan isə öz növbəsində terror təşkilatı YPG və onun siyasi davamı PYD-nin iştirak edəcəyi əməliyyatlara Türkiyənin daxil olmayacağını vurğulayıb.

  Türkiyə dövlət başçısı Nyu-Yorkda həmçinin bir sıra dövlət və hökumət başçıları ilə, o cümlədən, Yaponiyanın Baş naziri Şinzo Abe və Sloveniya prezidenti Borut Pahor, Yunanıstan Baş naziri Aleksis Çipras və Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Əbdüləziz Al-Səud ilə bir araya gəlib.



Әlaqәli Xәbәrlәr