Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxış etdi

Çıxışında 21-ci əsrin ilk rübündə bəşəriyyətin elm, texnologiya, iqtisadi inkişaf və səhiyyə şərtləri baxımından tarixin pik dövrünü yaşadığını qeyd edən Ərdoğan, bu parlaq mənzərənin bir də utancverici qaranlıq üzünə işarə etdi.

574026
Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxış etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına müraciət etdi.
 
 21-ci əsrin ilk rübündə bəşəriyyətin elm, texnologiya, iqtisadi inkişaf və səhiyyə şərtləri baxımından tarixin pik dövrünü yaşadığını qeyd edən Ərdoğan, bu parlaq mənzərənin bir də utancverici qaranlıq üzünə işarə etdi.
 
 Suriyada, İraqda terrorun və müharibənin caynağında inləyən bir sıra ölkədə yüz minlərlə uşaq, qadın, gənc və yaşlının öldürülməyə davam edildiyini vurğulayan Ərdoğan, ölüm və zülmdən qaçan qaçqınların Avropa şəhərlərində nalayiq davranışlar  ilə üzləşdiyini söylədi.
 
 Bu gün terror təşkilatlarının çox müxtəlif üsullara əl atdığını dilə gətirən prezident,  Türkiyənin 15 iyul gecəsi Fətullahçı Terror Təşkilatının (FETÖ) başladığı xain çevriliş cəhdinə məruz qaldığını xatırlatdı.
 
 Ərdoğan: "Bu çevriliş cəhdi millətimizin demokratiyasına, hökumətinə, azadlıqlarına, gələcəyinə və konstitusion quruluşuna qəhrəmancasına sahib çıxması ilə dəf edildi. Bu baxımdan, millətimlə fəxr edirəm" dedi.
 
 Türkiyədəki çevriliş cəhdinin eyni zamanda dünya demokratiyasına da qarşı olduğuna işarə edən Ərdoğan: "Millətimiz o gecə çevriliş həvəskarlarına tarixi bir dərs verərkən, demokratiyaya inanan bütün xalqlar üçün də ilham mənbəyi oldu. Bu yeni nəsil terror təşkilatı təkcə Türkiyənin deyil,  fəaliyyət göstərdiyi 170 ölkənin milli təhlükəsizliyi üçün də təhdiddirr" şəklində danışdı.
 
 Bütün ölkələri öz təhlükəsizlikləri naminə  FETÖ-yə qarşı sürətlə lazımi tədbirlər görməyə dəvət edən Ərdoğan: "FETÖ ilə bu mərhələdə mübarizə aparmasanız, sabah çox gec ola bilər. Bu münasibətlə, bu təşkilatın qurumları və təşkilatla əlaqəsi olan şəxslər tərəfindən istifadə edilən Türk, Türkiyə kimi ifadələrin qətiyyən ölkəmizlə bir əlaqəsinin olmadığını da qeyd etmək istərdim " dedi.
 
 Suriyadakı humanitar böhranın 6-cu ilə yaxınlaşdığına diqqət çəkən Ərdoğan, vətənlərini tərk etmək məcburiyyətində qalan suriyalıları qəbul etməyə davam edəcəklərini vurğuladı..
 
Ərdoğan Türkiyənin suriyalılara bu ana qədər  25 milyard dollar sərf etdiyini qeyd etdi, Avropa İttifaqının və BMT-nin maddi yardım  mövzusundakı sözlərini yerinə yetirmədiklərini söylədi.
 
 Suriyalı qaçqınları özlərinə qarşı həyati təhdid olaraq qəbul edən bütün avropalı liderlərə də səslənən Ərdoğan: "Tikanlı məftillərin, hündür divarların arxasında əmin-amanlıq axtarmaq səmərəsiz bir cəhddir. Suriyalı qaçqınların təhsil, iş və yaşayış problemlərini sürətlə həll etmədiyimiz təqdirdə nizamsız miqrasiyanın, sosial probləmlərin və təhlükəsizlik risklərinin qarşısını ala bilmərik. Problemin mənbəyi olan Suriyadakı münaqişə, terrorizm, zülm şəraitinin dayandırılması və siyasi həll prosesinin həyata keçirilməsi üçün daha çox vaxt itirə bilmərik " dedi.
 
 "Fərat Qalxanı" əməliyyatlına toxunan prezident:" Suriya müxalifətinə verdiyimiz dəstəklə başlayan "Fərat Qalxanı" əməliyyatı ümidsizliyin hakim olduğu bir bölgədə sabitliyin, əmin-amanlığın və tarazlığın yenidən bərqərar olması baxımından həlledici əhəmiyyətə malikdir. Terror təşkilatı PKK, PYD-nin əsas məqsədinin DEAŞ-la mübarizə etmək olmadığı bu əməliyyat nəticəsində açıq-aşkar ortaya çıxdı" dedi və Türkiyənin uzun müddətdir Suriya sərhədləri boyunca təhlükəsiz bir bölgə yaratmaq çağırışı etdiyini vurğuladı.
 
 Ərdoğan Sülhü qoruma və yaratma fəaliyyətinin daha səmərəli hala gətirilməsi yolunda BMT-in islahata ehtiyacı olduğunu bir daha xatırlatdı.
 BMT Təhlükəsizlik Şurasının yarandığı dövrlə bu günkü şərtlərin eyni olmadığını söyləyən Ərdoğan:" Biz hər fürsətdə "dünya beşdən böyükdür" həqiqətini beynəlxalq ictimaiyyətə çatdırırıq. Dünyanı beş ölkənin verdiyi qərarlara məhkum edə bilməzsiniz" ifadələrini işlətdi.

 İrqçilik və ksenofobiyanın başqa üzü olan islamofobiyanın xaricdə milyonlarla vətəndaşı olan Türkiyə üçün əhəmiyyətli bir məsələ olduğunu qeyd edən Ərdoğan, 10 il əvvəl dövrün İspaniya baş naziri ilə birlikdə rəhbərlik etdikləri "Mədəniyyətlər İttifaqı Layihəsi" nin məqsədinin çağdaş dünyanı təhdid edən təhlükəli cərəyanlara qarşı davamlı həllərin tapılamsı olduğunu vurğuladı.


 
 



Әlaqәli Xәbәrlәr