Rәcәb Tayyib Әrdoğan Nyu-Yorkda Qәtәr әmiri ilә görüşüb

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan BMT-nin  71-ci sessiyasında iştirak etmək üçün  Nyu-Yorka səfər edib.

573264
Rәcәb Tayyib Әrdoğan Nyu-Yorkda Qәtәr әmiri ilә görüşüb
katar emiri.jpg
cumhurbaşkanı erdoğan abd'de.jpg
cumhurbaşkanı erdoğan abd'de.jpg

 

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan BMT-nin  71-ci sessiyasında iştirak etmək üçün  Nyu-Yorka səfər edib. 

Әrdoğan görüşlәri çәrçivәsindә әvvәl   Qәtәr  Əmiri Şeyx Təmin Bin  Hәmәd Al Sani ilə bir araya gəlib.

Məlumata əsasən, R.T.Әrdoğan  ilə Qətər Şeyxi arasında 1 saat 20 dəqiqə davam edən görüş mətbuat üçün qapalı keçirilib.

Ərdoğan  daha sonra, Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vәqfi- SETA tәrәfindәn tәşkil edilәn iş yemәyinә qatılıb.

 R.T.Әrdoğan  iş yemәyindә ‘‘Think Tank’’ tәşkilatının  nümayəndələri və media numayәndәlәri  ilә bir araya gәlib.  

 Dövlәt başçısı  Ərdoğan  bu gün  BMT qәragahında  BMT baş katibi Ban Gi Mun tәrәfindәn nümayəndə heyətlərinin başçıları və xanımlarının  şərəfinə təşkil olunacaq rəsmi qəbula və Davamlı İnkişaf Hədəfləri və 2030-cu il  İnkişaf Gündəliyinin qəbul olunmasının  birinci ildönümü münasibətilə keçiriləcək tədbirə qatılacaq.

 BMT Baş Assambleyasının açılış sessiyasında iştirak edәn  Ərdoğan, İngiltərə Baş naziri Theresa May və Pakistan Baş naziri Navaz Şərifi ayrı-ayrılıqda  qəbul edəcək.

 Qeyd edәk ki, dövlәt başçısı Әrdoğan daha sonra BMT baş katibi Pan Gi Munun verdiyi  nahar yemәyindә daha sonra  isә  ABŞ prezidenti Barak Obamanın evində keçiriləcək "Qaçqınlar" mövzusunda Liderlər toplantıda  iştirak edəcək.

 Rәcәb Tayyib Әrdoğan hәmçinin İran prezidenti Hәsәn Ruhani  vә Ukrayna prezidenti Pyotr Poroşenko ilә dә görüşәcәk.



Әlaqәli Xәbәrlәr