Qaziantepdə 2 əsgər şəhid oldu

Əl qumbarasının partlaması nəticəsində ağır yaralanan əsgərləri aparıldıqları xəstəxanada xilas etmək mümkün olmayıb.

573722
Qaziantepdə 2 əsgər şəhid oldu

Türkiyədə Qaziantep Akçaqoyunlu bölgəsinin cənubunda mina axtaranların əməliyyatı zamanı əl qumbarasının partlaması nəticəsində ağır yaralanan 2 əsgər şəhid oldu.
 
 Şəhidlərin cənazələri əməliyyatlardan sonra keçiriləcək mərasimlə vətənlərinə yola salınacaq.

Bu arada, hərbi mənbələrdən verilən məlumata görə, separatçı terror təşkilatı PKK-nın Dağlıca bölgəsindəki 2 hədəfi və silah mövqeləri səhər saatlarında Türkiyə döyüş təyyarələri tərəfindən atəşə tutuldu.
 
 Əməliyyatda 7 PKK  terrorçusu zərərsizləşdirildi.
 
 Avqustun 4-də Hakkaridə başlayan terror əməliyyatlarında Çukurcada 214, Şemdinlidə 52, Yüksekovada 27 və Hakkarinin mərkəzində 6 olmaqla, 299 terrorçu zərərsizləşdirildi.



Әlaqәli Xәbәrlәr