Hulusi Akar NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri İclasında iştirak edib

NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri İclasında iştirak edən Türk Silahlı Qüvvələrinin  Baş Qərargah rəisi ordu generalı Hulusi Akar  iştirakçı ölkələrin baş qərargah rəislərinə ‘‘ Fərat Qalxanı’’  əməliyyatı ilə bağlı  məlumat verib.

573234
Hulusi Akar NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri İclasında iştirak edib

Baş Qərargah  Raisliyindən verilən məlumatda , Türk Silahlı Qüvvələrinin  Baş Qərargah rəisi Hulusi  Akarın  17-18 sentyabr tarixlərində  Xorvatiyanın Split şəhərində keçirilən  NATO Hərbi Komitəsinin Baş Qərargah Rəislərinin iclasında iştirak etdiyi bildirilib.

Mәlumatda  ordu generalı  Hulusi Akarın  iclasda iştirakçı ölkələrin baş qərargah rəislərinə ‘‘ Fərat Qalxanı’’  əməliyyatı ilə bağlı  məlumat verdiyi qeyd edilib.

Qeyd edәk ki, Hulusi Akar iclasda  həyata keçirilən ‘‘Fərat Qalxanı’’ əməliyyatının  ilk növbədə  Türkiyənin sərhəd təhlükəsizliyi  və terror təşkilatı DEAŞ-la mübarizə məqsədilə aparıldığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr