Çavuşoğlu CNN Internationala  müsahibǝ  verib

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, BMT-nin sayca 71-ci assambleyasına qatılmaq üzrǝ sǝfǝrdǝ olduğu ABŞ-nın New York ştatında televiziya kanalı CNN International-a müsahibǝ verib.

573418
Çavuşoğlu CNN Internationala  müsahibǝ  verib

Türkiyə ilə ABŞ arasında bǝzi mövzularda fikir fǝrqliliklǝrinin olmasına baxmayaraq, prezident Barak Obamanın da ifadə etdiyi kimi iki ölkənin müttəfiq və ortaq modelǝ sahib olduğunu ifadǝ edǝn Çavuşoğlu: “15 iyul çevriliş cǝhdini planlayan fǝtonun quldurbaşı Fəthullah Gülənin Türkiyǝyǝ qaytarılmaması Türk xalqını narahat edib. Gülənin Türkiyəyə qaytarmasını gözlǝyirik. Prezident Obamadan başqa vitse-prezident Joe Biden vǝ dövlǝt katibi John Kerryi dǝ quldurbaşını Türkiyǝyǝ tǝhvil vermǝk istǝdiklǝrini dǝfǝlǝrlǝ sǝslǝndirdilǝr. Bunun reallaşması üçün dəlil istədilər biz də bu tǝlǝbǝ ǝmǝl edǝrǝk lazımlı dəlilləri dǝrhal tǝqdim etdik. İndi isǝ çevriliş cǝhdi ilǝ bağlı yeni bir fayl hazırlayırıq. Bunu da tamamlayaraq ABŞ-a çatdıracayıq. İki ölkǝ terrora qarşı mübarizǝdǝ ǝmǝkdaşlıq edir. Lakin ǝmǝkdaşlıqdan nǝticǝ hasil olmalıdır. Bu isǝ ancaq ABŞ-ın Güləni qaytarması ilǝ mümkün ola bilǝr. Türkiyə ilə ABŞ birgǝ addım atmalıdır. DEAŞ və digər terror qruplaşmalara  qarşı  mübarizǝdǝ dǝ  ǝmǝkdaşlıq davam etmǝlidir” deyǝ vurğulayıb.

Suriyada atəşkəsin bǝrpası mövzusunda ABŞ ilə Rusiyanın razılaşdığı ilǝ bağlı sualı cavablandıran Çavuşoğlu, bunun atəşkəs mövzusunda ilk razılaşma olmadığına diqqət çəkərək: “ "Təəssüf ki, atəşkəs razılaşmaları hər zaman Suriya rejimi vǝ dəstəkçiləri tərəfindən heçǝ sayılır. BMT-nin humanitar yardım çatdırmasına belǝ maneǝ törədilir. Rejim yalnız Hələb şǝhǝrini yox, Suriyanın bir çox fərqli bölgǝsinǝ aviahücumlar tǝşkil edir. Bu da onu göstǝrir ki, Əsǝd rejiminin ǝsas hǝdǝfi Əl Nusra ya da DEAŞ terror tǝşkilatını mǝhv etmǝk yox, ölkǝdǝki mülayim müxalifəti mǝhv etmǝkdir”.

Nazir Çavuşoğlu, “Yeni hərbi strateji planınız nədir” Sualına isə: Münbiç Cebi deyilən bölgəni terror tǝşkilatı DEAŞ-dan təmizləyərək tǝhlükǝsizliyin hökm sürǝcǝyi bir bölgǝ mövqeyinǝ qovuşdurmaq vǝ dalıca Əl Baba istiqamǝtlǝnmǝkdir. Suriyada Rakka və İraqda Mosul, bir baxıma terror tǝşkilatı DEAŞ-ın paytaxtları hesab edilir. Təşkilat, bu iki bölgədən də təmizlənmǝlidir.

Bəzi Avropa liderləri və ölkələri bu addımı dəstəkləyir. ABŞ da mövzunu tǝhlil edir. Lakin bəzi ölkələr bölgəyə xüsusi qüvvə göndərməkdǝn imtina edirlǝr. Belǝ bir addımı Türkiyǝnin atmasını gözlǝyirlǝr deyǝ cavab verib.

Miqrant böhranına da toxunan Çavuşoğlu, Türkiyənin, qaçqınların yenidən yerləşdirilməsinə yox, istedadlı, savadlı kimi kateqoriyalarla seçilmǝlǝri fikrindǝn müxalif olduğunu, belǝ fikirlǝrin hümanitar olmadığını vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr