Baş nazir Qazilǝr bayramı mǝrasimindǝ  çıxış edib

Baş nazir Binali Yıldırım, Erzincan Bələdiyyəsi tǝrǝfindǝn təşkil edilən 19 Sentyabr Qazilǝr Bayramı mərasiminǝ qatılıb.

572929
Baş nazir Qazilǝr bayramı mǝrasimindǝ  çıxış edib

Binali Yıldırım mǝrasimdǝ etdiyi çıxışında: “Fǝtullahci Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (feto/PDY)-nin 15 iyul çevriliş cəhdinin qarşısının alınması, millətin müstəqilliyǝ, demokratiyaya, bayrağa və vətənǝ verdiyi yüksǝk qiymǝti daha bir dǝfǝ göz önünǝ sǝrdi. 95 il əvvəl Mustafa Kamal Atatürkə qazi adının verildiyi gündən bǝri 19 Sentyabr Qazilǝr Bayramı olaraq qeyd olunur. Qazilər başımızın tacıdılar. Tarix boyu bu torpaqları bizə vətən edən, qəhrəmancasına mübarizə edərək azadlığımızı  zǝmanǝt altına alan şəhidlərimizǝ, qazilǝrimizǝ minnǝtdarlığımızı bildirik vǝ onları hörmǝtlǝ yad edirik. Gələcək nəsillərǝ Qazilərimizin çatdırdıqları əhəmiyyətli mesajları var. Gənclǝrimiz boya başa çatarkǝn vətən sevgisini qazi və şəhidlərdən alırlar. Müstəqilliyin əvəzi böyükdür, Vǝtǝn torpaqlarını düşmǝndǝn qorumaq üçün can da verilǝr, Qazi dǝ olunar. Budur ki, Türk milləti vǝtǝn uğrunda heç nǝyi ǝsirgǝmǝz. Əsgər vǝ polislǝr, ölkənin müstəqilliyi və gələcəyinin təminatı hnesab  edilirlǝr. Təhlükəsizlik qüvvǝlǝrimiz, gecə-gündüz demədən sərhədlǝrdǝ və vǝtǝnin hər küncündə millətin dincliyi və təhlükəsizliyinin tǝmini uğrunda mübarizə   edir” deyǝ Baş nazir vurğulayıb.   



Әlaqәli Xәbәrlәr