Hakkaridə PKK terrorçuları ilə qarşıdurmada 3 əsgər şəhid oldu

Qarşıdurmada 5 PKK  terrorçusu zərərsizləşdirildi.

571978
Hakkaridə PKK terrorçuları ilə qarşıdurmada 3 əsgər şəhid oldu

Türkiyənin Hakkari bölgəsində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında çıxan qarşıdurmada 3 əsgər şəhid oldu, 3 əsgər yaralandı.
 
 Qarşıdurmada 5 PKK  terrorçusu zərərsizləşdirildi.
 
 Qaçan terrorçuların yaxalanması üçün bölgədə hava dəstəkli əməliyyata başlanıldı.
 
 Yaralı əsgərlər Hakkari Dövlət Xəstəxanasına çatdırıldılar.
 
 Bu arada, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən yazılı açıqlamaya görə, Hakkarinin Şemdinli qəsəbəsində 5, Çukurca qəsəbəsində də 6 olmaqla, hücum hazırlığında olan 11 terrorçu zərərsizləşdirilib.
 
 Son əməliyyatlardan sonra Çukurcada zərərsizləşdirilən  terrorçu sayı 207 oldu.



Әlaqәli Xәbәrlәr