TSK-nın hava əməliyyatlarında 4 terrorçu zərərsizləşdirildi

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri kəşfiyyat məlumatları əsasında Çukurca ilə İraqın şimalındakı Avaşin/Basyan bölgələrində əməliyyata başladı.

570881
TSK-nın hava əməliyyatlarında 4 terrorçu zərərsizləşdirildi

Türkiyənin Hakkari şəhərinin Çukurca kəndi və İraqın şimalındakı Avaşin/Basyan bölgələrində dörd PKK terrorçusu zərərsizləşdirildi.
 
 Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri kəşfiyyat məlumatları əsasında Çukurca ilə İraqın şimalındakı Avaşin/Basyan bölgələrində əməliyyata başladı.
 
 İki hədəfin atəşə tutulması nəticəsində terrorçular zərərsizləşdirildi.
 
Təyyarələr  bazaya geri döndü.

Çukurcada bu gün davam edən əməliyyatlarda 2 PKK  terrorçusu zərərsizləşdirildi.



Әlaqәli Xәbәrlәr