John Bassın həddini aşan açıqlamaları ABŞ-ı çətin vəziyyətdə qoydu

ABŞ dövlət katibi John Kerry Türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng etdi.

570706
John Bassın həddini aşan açıqlamaları ABŞ-ı çətin vəziyyətdə qoydu

Amerika Birləşmiş Ştatlarının Ankara səfiri John Bassın həddini aşan açıqlamaları ölkəsini çətin vəziyyətdə qoydu.
 
 ABŞ dövlət katibi John Kerry Türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng etdi.
 
 Çavuşoğl görüşdə John Kerryə səfir Bassın qəyyum təyin olunan bələdiyyələrlə bağlı ifadələrinə görə narahatlığını çatdırdı.
 
 Qeyd edək ki, Bass sözügedən bələdiyyə sədrlərinin təyinlərinin müvəqqəti olacağını və ən qısa müddətdə seçkilərin keçiriləcəyinə ümid etdiyini söyləyib.
 
 Xarici İşlər naziri Mövlud Çavuşoğlu gün ərzində verdiyi bəyanatda da ABŞ rəhbərliyinə: "Sizin səfirləriniz Türkiyədə bir vali deyil, səfirlik edəcək. Vyana Konvensiyası çərçivəsində vəzifələrini icra edəcəklər. Heç birinə özünü Türkiyənin valisi kimi aparmağa imkan vermərik" sözləri ilə reaksiya göstərib.
 
Kerry bu sərt reaksiyadan sonra Çavuşoğluna zəng etdi.



Әlaqәli Xәbәrlәr