Xainlər bayramı qana buladı

Türkiyənin Van şəhərində AK Partiya Bölgə Müdirliyi önündəki polis məntəqəsinə terror təşkilatı mənsublarının bomba yüklü avtomobillə etdiyi hücumda 4-ü polis olmaqla 53 nəfər yaralanıb.

570011
Xainlər bayramı qana buladı

  Partlayışdan sonra Vana gedən Daxili İşlər naziri Süleyman Soylu terror hücumunun yaşandığı yerdə polis məntəqəsi və dağıntıya uğrayan binalara baş çəkib, yerli səlahiyyətlilərdən məlumat alıb və hücumun dincliyə bir təhdid olduğunu söyləyib. 

  Qeyd edək ki, hücumda yaralanan 53 nəfərdən 46-sı xəstəxanaya yerləşdirilib, 7-sinin isə müalicəsi evdə davam edir.



Әlaqәli Xәbәrlәr