Ərdoğan Qurban Bayramı münasibətilə xalqı təbrik etdi

Xalqı Qurban Bayramı ilə əlaqədar təbrik edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan millətə, bütün İslam aləmi və bəşəriyyətə xeyir-duasını çatdırıb

569333
Ərdoğan Qurban Bayramı münasibətilə xalqı təbrik etdi

  Xalqı Qurban Bayramı ilə əlaqədar təbrik edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan millətə, bütün İslam aləmi və bəşəriyyətə xeyir-duasını bildirdikdən sonra Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevriliş cəhdinə toxunub:

  “Türkiyə 15 iyul gecəsi gizli bir işğal təşəbbüsünə məruz qaldı. Millətimiz onun iradəsini heçə sayan, çevriliş, terror və şiddətlə ölkəsinə boyun əyməyə məcbur edəcəyini, dövlətini ələ keçirəcəyini sananlara açıq mesaj verdi. Bu cür niyyətlərlə yola çıxanlar artıq bilməlidir ki, qarşılarında 570 min nəfərlik ordusu, 260 min nəfərlik polisiylə birlikdə 7-dən 70-ə 79 milyonluq bir Türkiyə və xalqı var."

  Türkiyənin 2023 hədəfinə çatmaq üçün qətiyyətlə yoluna davam etdiyini vurğulayan Ərdoğan: "Məqsədimiz bizdən sonrakı nəsillərə 2053 və 2071 görüntülərini həyata keçirə biləcək bir Türkiyə əmanət etməkdir", - deyib.



Әlaqәli Xәbәrlәr