Yıldırım - Stoltenbeq, Moqerini, Yohannes və Bren görüşləri

Yıldırım Türkiyənin liderliyilə başlanan Fərat Qalxanı hərəkatı haqqında da geniş məlumat verdi

568793
Yıldırım - Stoltenbeq, Moqerini, Yohannes və Bren görüşləri

  Türkiyənin Baş naziri Binəli Yıldırım NATO-nun Baş katibi Stoltenberqə fətullahçıların (FETÖ/PDY) 15 iyul çevriliş cəhdi hadisəsinin ilk günündən həmrəylik göstərdiyi üçün təşəkkürünü bildirib.

  NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edən Yıldırım görüşdə Suriyanın şimalının terror ünsürlərindən təmizlənməsi üçün Türkiyənin liderliyilə başlanan Fərat Qalxanı hərəkatı haqqında geniş məlumat verib, sonra NATO gündəmini maraqlandıran mövzular müzakirə olunub.

  Yüksək Səviyyəli Siyasi Dialoq Toplantısı çərçivəsində Binəli Yıldırım daha sonra Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti nümayəndəsi Federika Moqerini, Qonşuluq Siyasəti və Genişləmə Müzakirələri üzrə məsul komissar Yohannes Han və Norveç Xarici İşlər naziri Borqe Breni ayrı-ayrılıqda qəbul edib və onlar dünyada baş verən son ictimai-siyasi proseslərdən danışıblar.  



Әlaqәli Xәbәrlәr