“ABŞ-ı gözləməklə ABŞ-Türkiyə əlaqələri limiti dolur”, N.Kurtulmuş

Türkiyənin Baş nazir yardımçısı Numan Kurtulmuş FETÖ başçısının Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən qaytarılmasını gözləməyin Türkiyənin ən təbii haqqı olduğunu vurğulayıb

568771
“ABŞ-ı gözləməklə ABŞ-Türkiyə əlaqələri limiti dolur”, N.Kurtulmuş

  Kurtulmuş özəl telekanalda gündəmlə bağlı şərhlər verib.

  FETÖ başçısının qaytarılmasıyla bağlı dünən Ədliyyə naziri Bəkir Bozdağla ABŞ-ın Türkiyə üzrə səfiri Con Bossun (John Bass) görüşünə toxunan Numan Kurtulmuş deyib: “Türkiyə ilə ABŞ arasında bütün rəsmi görüşlərdə qarşılıqlı qaytarma müqaviləsinə uyğun olaraq FETÖ dəstə başçının qaytarılmasını tələb edirik. Hüquq çərçivəsində istədikləri müddətə də hörmətlə yanaşırıq, bir şərtlə ki məhkəmə prosesi davam edənə qədər bu adam nəzarətə alınsın."

  FETÖ-nün Türkiyə qədər ABŞ üçün də təhlükəli olduğunu bildirən Kurtulmuş onu da deyib ki, "Texasda olduğu kimi, bütün ştatlarda fətullahçıların ABŞ-a yayılmış bütün təşkilat və qurumlarının qeyri-qanuni işləri haqqında istintaqlar başlamalıdır və bir-birilə tutuşdurulmalıdır. Bununla ABŞ hər şey görər və istər-istəməz qarşısını kəsər.

  ABŞ-dakı seçkilərdən sonra hakimiyyətə kim gəlirsə gəlsin, bu iş çox sürətli şəkildə həll edilməlidir. Çünki ABŞ-ı gözləməklə ABŞ-Türkiyə əlaqələri baxımından limitlər dolur.

  ABŞ rəhbərliyi bir tərəfdən 80 milyonun yanında durduğunu, FETÖ-yə qarşı olduğunu deyir, digər tərəfdən bu qatil sürüsünün başında olan bir adamı seçib-seçməmək vəziyyətində qalıb".

  Baş nazir ayrdımçısı Numan Kurtulmuş Türkiyədə Fövqəladə Vəziyyətin yenə 3 ay uzadılmasının hökumətin gündəmində olmadığını da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr