Türkiyə, Kosmos Agentliyinin yaradılması istiqamətində konkret addımlar atır

Türkiyǝ-Yaponiya arasında kosmos texnologiyaları sahǝsindǝ ǝmǝkdaşlıq protokolu imzalanıb.

568386
Türkiyə, Kosmos Agentliyinin yaradılması istiqamətində konkret addımlar atır

Nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyi ilə Yaponiya Aviasiya və Kosmos Agentliyi arasında peyk və kosmos texnologiyaları sahəsində əməkdaşlıq edilmǝsini nǝzǝrdǝ tutan protokol imzalanıb.

Paytaxt Ankarada tǝşkil edilǝn imza mǝrasiminǝ Nəqliyyat, Dənizçilik və İnformasiya naziri Əhməd Arslan, Yaponiya Kosmos siyasəti üzrə Dövlət Naziri Yosuke Tsuruho vǝ qonaq heyǝt iştirak edib.

Nazir Mehmet Arslan, verdiyi açıqlamada Türkiyə ilə Yaponiyanın 6 ildir kosmos araşdırmaları sahǝsindǝ ǝmǝkdaşlıq etdiyini, Yaponiya aviasiya kosmos Agentliyi ilə İstanbul Texniki universitetinin birgǝ buraxdıqları sınaq mǝqsǝdli peykin cari ilin sonunda Yaponiyadan kosmos orbitinə atıldıqdan sonra kosmos stansiyasında ortaq araşdırmalar aparılacağını bildirib.

Protokola görə, Türkiyədə kosmos sistemlərində istifadə edilmək üzrə çıxarılan vəsaitlǝrin sınağı beynəlxalq kosmos stansiyasında reallaşdırılacaq.



Әlaqәli Xәbәrlәr