“ABŞ-dan Gülənin qaytarılması barədə səmimi niyyət görmək istəyirik”, N.Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş  Fətullahçı Terror Təşkilatının (FETÖ) ABŞ-da belə təhdid ola biləcəyini, çünki təşkilatın özünün özəl planlarının olduğunu söyləyib.

566622
“ABŞ-dan Gülənin qaytarılması barədə səmimi niyyət görmək istəyirik”, N.Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş  Fətullahçı Terror Təşkilatının (FETÖ) ABŞ-da belə təhdid ola biləcəyini, çünki təşkilatın özünün özəl planlarının olduğunu söyləyib.

Numan Kurtulmuş Nyu-Yorkda keçirdiyi görüşləri çərçivəsində Asiya Cəmiyyəti (Asia Societ) adlı beyin mərkəzinin üzvlərinə Orta Şərq və Şimali Afrika bölgələrindəki proseslər ilə Türkiyənin terrorla mübarizəsinə dair məlumat verib.

Baş nazirin müavini Kurtulmuş FETÖ-nün ABŞ-ın də daxil olduğu 170-dən artıq ölkədə fəaliyyət apardığını bildirərək deyib ki, təşkilat həm ABŞ həm də digər ölkələrdə demokratiyaya təhdid təşkil edə bilər. Quldurbaşı Fətullah Gülən bu ölkədə yaşayır. Keçmişdə imam olan bu terrorçu özünü kainatın imamı, dini lider olaraq görür.

Numan Kurtulmuş FETÖ-nün dövlət qurumlarından təmizlənməsi üçün ciddi şəkildə mübarizə aparacaqlarını, həmin zamanda hüququn üstünlüyü, demokratiya prinsipləri və mülki azadlıqların qorunmasına da hər zaman hörmətlə yanaşacaqlarını vurğulayıb.

Türkiyənin ABŞ-na Fətullah Gülənin terror təşkilatının quldurbaşı olduğunu və çevriliş cəhdi ilə əlaqəsini göstərən xeyli sayda dəlil göndərdiyini qeyd edən Kurtulmuş bildirib ki, ABŞ-dan Gülənin qaytarılması barədə səmimi niyyət görmək istəyirik. Rəsmilərdən Güləni ya Türkiyəyə təhvil vermələrini yaxud da hüquq prosesi yekunlaşanadək  həbs etmələrini istəyirik.

Baş nazirin müavini Numan Kurtulmuş dünyada mövcud sistemin problemləri həll etmə qabiliyyətini itirməsinə az qaldığını vurğulayaraq, Ukrayna və Suriyadakı böhranları buna nümunə göstərib.

Suriya məsələsinin ölkənin daxili problemi kimi başladığını, ancaq bir neçə il ərzində vəkalət döyüşlərinə çevrildiyini dilə gətirən Kurtulmuş qeyd edib ki, dünyadakı sistem Suriyaya ədalətli və təsisedici həll yolu tapa bilmədi. BMT və digər beynəlxalq təşkilatlar da bu problemin həllində öz gücünü göstərə bilmədi.

“Fərat qalxanı” əməliyyatına dair məlumat da verən Kurtulmuş Türkiyənin DAEŞ-in sərhəddən çəkilərək cənuba getməsini, PYD-nin isə Fəratın şərqinə çəkilməsini təmin etmək istədiyini bildirib.

Baş nazirin müavini Numan Kurtulmuş Asiya Cəmiyyətinin yığıncağından sonra ABŞ-dakı görüşləri haqqında TRT müxbirinə məlumat verib. O deyib ki, ABŞ PYD və FETÖ barədə seçim etmək məcburiyyətindədir. Bunların ikisi də terror təşkilatıdır. Bu seçimləri məntiqli şəkildə edəcək olsalar heç şübhə yoxdur ki, seçimləri Türkiyə olacaqdır. PYD-nin bu bölgədə Türkiyəyə zərər verəcək şəkildə PKK-ya logistik dəstək təmin etməsini və o bölgədən Türkiyəyə təhdid təşkil edəcək fəaliyyətlər aparmasına icazə verməyəcəyimizi açık şəkildə dilə gətirdik.



Әlaqәli Xәbәrlәr