Ərdoğanın başçılığı ilə Türkiyə nümayəndə heyəti Çində: görüş və müqavilələr

Çin səfərində Ərdoğana Baş nazir müavini Mehmet Şimşək, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatı (MİT) müşaviri Hakan Fidan yoldaşlıq edir

564287
Ərdoğanın başçılığı ilə Türkiyə nümayəndə heyəti Çində: görüş və müqavilələr

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan çinli həmkarı Şi Cinpinqin dəvətilə getdiyi Çində ölkə liderilə görüşüb.

  Sonra hər iki ölkənin nümayəndə heyəti bir araya gəlib.  

  Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak çinli həmkarı ilə bərpa olunan enerji, kömür və nüvə enerji təhlükəsizliyi sahəsindəki müqavilələrə imza atıb. Baş nazir müavini Mehmet Şimşək isə Çinə fısdıq ixracatıyla bağlı razılaşmanı imzalayıb.

  Daha sonra iki ölkənin başçısı Türkiyə və Çin arasında müqavilə və protokolların imzalama mərasiminə qatılıb.

  Türkiyə dövlət başçısı daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki Munla bir araya gəlib. 

  Ərdoğan Sammitdə ABŞ prezidenti Barak Obama və Rusiyalı həmkarı Vladimir Putinlə də görüşəcək. 

  Ərdoğan-Putin görüşü Türkiyə saatı ilə 16:15-də reallaşacaq.

  G 20 Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında R.T.Ərdoğan Avropa İttifaqı ölkələrinin liderləri ilə də  görüşəcək.

  Türkiyə dövlət başçısına Çin səfərində Baş nazir müavini Mehmet Şimşək, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatı (MİT) müşaviri Hakan Fidan yoldaşlıq edir.



Әlaqәli Xәbәrlәr