Ərdoğan Özbəkistan xalqına başsağlığı verdi

Ərdoğan Senat sədri Niqmatulla Yoldaşov, Baş nazir Şövkət Mirzəyev və mərhumun həyat yoldaşı Tatyana Akbarovna Kərimovaya başsağlığı teleqramı göndərib

564302
Ərdoğan Özbəkistan xalqına başsağlığı verdi

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti İslam Kərimovun vəfatıyla əlaqədar özbək xalqına başsağlığı verib.

  Özbəkistan Konstitusiyasının 96-cı maddəsinə əsasən ölkə prezidenti səlahiyyətlərini qısa müddətə icra edən Senat sədri Niqmatulla Yoldaşov, Baş nazir Şövkət Mirzəyev və mərhumun həyat yoldaşı Tatyana Akbarovna Kərimovaya başsağlığı teleqramı göndərib.

  Türkiyə xalqı adından özbək xalqına başsağlığı diləklərini çatdıran Ərdoğanın göndərdiyi mesajda yazılır: “Özbəkistan son 25 ildə uğurlu inkişaf yolu keçib, bölgədə və dünyada əhəmiyyətli mövqe tutub… Ümid edirik ki, Türkiyə və Özbəkistan bundan sonra ikitərəfli, regional və beynəlxalq platformlarda birgə əməkdaşlıq edəcək və bu əlaqələrin xalqlarımızın həyat tərzinə faydası olacaq”.



Әlaqәli Xәbәrlәr