Mövlud Çavuşoğlu Kerri ilə onu geri qaytarmaqla bağlı danışdı

G 20 Liderlər Zirvə Toplantısı ilə əlaqədar Çinin Hanqzhou şəhərində olan Çavuşoğlu və Kerrinin görüşü təxminən 1 saat davam edib

564427
Mövlud Çavuşoğlu Kerri ilə onu geri qaytarmaqla bağlı danışdı

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Con Kerri ilə Çində bir araya gəlib.

  G 20 Liderlər Zirvə Toplantısı ilə əlaqədar Çinin Hanqzhou şəhərində olan Çavuşoğlu və Kerrinin görüşü təxminən 1 saat davam edib.

  Söhbətdə əsasən Fətulahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizədə son vəziyyət və FETÖ başçısı Fətullah Gülənin geri qaytarılma məsələsi müzakirə edilib.

  Görüşdə, eyni zamanda, Suriyadakı son vəziyyət, Münbiç və Cerablusdakı əməliyyat, Suriya və İraqda terror təşkilatı DAEŞ-ə mübarizə məsələləri də danışılıb.   



Әlaqәli Xәbәrlәr