“Fərat Qalxanı” əməliyyatının 8-ci günü

Türkiyə Silahlı Qüvvələri (TSK) “Fərat Qalxanı” əməliyyatının 8-ci günündə Zavgar və Külliyah bölgələrindəki terrorçulara aid 25 hədəfi Türkiyə istehsalı, “fırtına” adlı özüyeriyən artilleriya toplarıyla vurub

562845
“Fərat Qalxanı” əməliyyatının 8-ci günü

  Baş Qərargahdan verilən məlumata görə, Zavgar və Külliyah bölgələrində terrorçuların istifadə etdiyi 4 bina da Türkiyə Hava Qüvvələrinə aid təyyarələrlə bombalanıb, terrorçularla birlikdə məhv olunub.

  Türkiyə Silahlı Qüvvələri Müştərək Xüsusi Hədəf Qüvvəsi və Koalisiya Hava Qüvvələrinin Suriyanın Türkiyə sərhədindəki Cerablus bölgəsində terror təhdidlərinə qarşı həyata keçirilən “Fərat Qalxanı” əməliyyatı beynəlxalq hüquqdan qaynaqlanan hüquqlar, BMT müqaviləsinin Qanuni Müdafiə Haqqı adlı 51-ci maddəsi və BMT-nin DAEŞ-lə mübarizə qərarları çərçivəsində davam etdirilir.

  Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, Koalisiya Hava Qüvvələrinə aid döyüş təyyarələrinin Gözəlməzra bölgəsinə etdiyi hava hücumu nəticəsində terror təşkilatı DAEŞ-ə aid silahlı maşın da vurulub.

  Qeyd edək ki, Suriyanın şimalında koalisiya hərəkatına dəstək verən Türkiyə Silahlı Qüvvələri bölgədə yaşayan əhalinin zərərə uğramaması üçün hər cür tədbir görür.

  Onu da qeyd edək ki, 24 avqustdan etibarən koalisiya qüvvələrilə birgə “Fərat “Qalxanı” əməliyyatında Azad Suriya Ordusu ilə birlikdə bölgədə 32 kənd terrorçulardan təmizlənib, vətəndaşların geri dönməsinə şərait yaradılıb.



Әlaqәli Xәbәrlәr