Bölgədə terrorçulara qarşı əməliyyat davam edir

PKK-ya qarşı həyata keçirilən əməliyatda terrorçuların atəş açması nəticəsində 1 əsgər şəhid olub, 1 əsgər də yaralanıb.

563344
Bölgədə terrorçulara qarşı əməliyyat davam edir

Siirt vilayətinin Pərvari qəsəbəsində terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyatda terrorçuların atəş açması nəticəsində 1 əsgər şəhid olub, 1 əsgər də yaralanıb.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

Digər tərəfdən Baş Qərargah Rəisliyi tərəfindən verilən açıqlamaya əsasən, Hakkari vilayətinin Çuxurca qəsəbəsində davam edən əməliyyatlar çərçivəsində Türk qırıcıları tərəfindən hava əməliyyatı həyata keçirilib.

Əməliyyatda 3 terrorçu zərərsizləşdirilib; bir artilleriya ilə təyyarəvuran səngəri məhv edilib.

Şırnakda isə təhlükəsizlik qüvvələri ilə toqquşan 2 terrorçu zərərsizləşdirilib.

Terrorçularla birlikdə bir M-16 piyada tüfəngi və bir serrast atıcı tüfəngi ələ keçirilib.



Әlaqәli Xәbәrlәr