1 sentyabr Türkiyə Dünya Sülh Gününü qeyd edir

Hitler Almaniyasının Polşaya müharibə elan etdiyi bu gün bəzi keçmiş sovet ölkələri və Türkiyədə Dünya Sülh Günü kimi qeyd olunur

562900
1 sentyabr Türkiyə Dünya Sülh Gününü qeyd edir

  İkinci Dünya Müharibəsindən sonra bir daha müharibə olmasın deyə qarşıdurma, döyüş və yayılmasına maneə törətmək üçün Birləşmiş Millətlər Təşkilatı adlı beynəlxalq bir qurum yaradıldı. Amma təəssüf ki, hələ də Yer kürəsi qarşıdurmalar və müharibələr məngənəsindədir.

  Təşkilatın 5 üzvü BMT Təhlükəsizlik Şurasını meydana gətirib ki, buna bir çox ölkənin tənqidləri olsa da, bu günümüzə qədər Təhlükəsizlik Şurası elə 5 daimi üzvlə idarə olunur. Görünür, buna görədir ki, Fələstin problemində olduğu kimi, digər məsələlərdə də düzgün ortaq qərarlar alına bilmir.

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın güclü şəkildə ifadə etdiyi "Dünya 5-dən böyükdür" fikri son zamanlar digər ölkələr tərəfindən də dəstəklənir.

  Türkiyə bir dövlət və hökumət olaraq arzu edir ki, dünya barışını qorumaq kimi böyük məsuliyyəti üzərinə götürən Birləşmiş Millətlər Təşkilatı bərabərhüquqlu və tərəfsiz bir yanaşma ilə bütün dünyada sülhə həqiqətən xidmət etsin.

  Türkiyə dövləti həm xalqını, həm də bütün ölkələri 1 Sentyabr Dünya Sülh Günü münasibətilə təbrik edir.



Әlaqәli Xәbәrlәr