"Fərat Qalxanı" əməliyyatında tanka hücum edərək 3 əsgəri yaralayan terrorçular zərərsizləşdirildi

Yaralanan əsgərlər Türkiyəyə gətirildilər, müalicə olunurlar.

562136
"Fərat Qalxanı" əməliyyatında  tanka hücum edərək 3 əsgəri yaralayan terrorçular zərərsizləşdirildi

Suriyanın Cerablus bölgəsində davam edən "Fərat Qalxanı" əməliyyatında tanka hücum edərək 3 əsgəri yaralayan terrorçular zərərsizləşdirildi.
 
 Türkiyə Silahlı Qüvvələri Cerablusun qərbindən raket atan terrorçuların hərbi texnikaları ilə birlikdə məhv edildiyini açıqladı.
 
 Yaralanan əsgərlər Türkiyəyə gətirildilər, müalicə olunurlar.
 
 Türkiyə Silahlı Qüvvələri beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilən "Fərat Qalxanı" əməliyyatının davam etdiyini bildirir.
 
 Bu çərçivədə Kulliyah bölgəsində keçirilən hava əməliyyatlnda terror təşkilatı DEAŞ-a aid hədəflər vuruldu.
 
 Qeyd edək ki, "Fərat Qalxanı" əməliyyatı Cerablusun terror təşkilatı DEAŞ-dan təmizlənməsi məqsədilə çərşənbə günü başlayıb.



Әlaqәli Xәbәrlәr