“Suriyada 5500-dən çox ABŞ əsgəri var, amma…” C.Cefri

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyədəki əvvəlki səfiri Ceyms Cefri terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin Fərat çayının qərbinə keçməyəcəyilə bağlı ABŞ-ın Türkiyəyə verdiyi sözü tutmadığını bildirib

561886
“Suriyada 5500-dən çox ABŞ əsgəri var, amma…” C.Cefri

  Cefri BBC radiosunun bir proqramında çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin Müştərək Xüsusi Hədəf Qüvvəsi və Koalisiya Hava Qüvvələrinin Suriyanın Türkiyə sərhədindəki Cerablus bölgəsində terror təhdidlərinə qarşı həyata keçirilən Fərat Qalxanı hərəkatıyla bağlı suallara cavab verib.

  Terror təşkilatı DAEŞ-in həm ABŞ, həm də Türkiyə üçün təhdid olduğunu dilə gətirən Cefri terror təşkilatı PKK-nın Suriya davamı olan və əsasən ərəb əhalinin yaşadığı bölgələri ələ keçirməyə çalışan PYD-nin Türkiyə üçün "açıq bir təhdid" olduğunu vurğulayıb.

  Obama rəhbərliyinin DAEŞ-ə qarşı döyüşdüyünü, PYD-ni isə dəstəklədiyini, şimalda bir nəsil yaratmaq istədiyini bildirən Cefri: "Türklər həm DAEŞ-ə, həm də PYD-yə təhdidinə qarşı döyüşür, ABŞ isə rəsmi olaraq ikincini dəstəkləyir", - deyib.

  Cefri onu da söyləyib ki: "ABŞ-ın vitse-prezidenti Co Bayden Ankarada Türkiyəyə dəqiq bir şəkildə PYD-nin Fərat çayının şərqində qalacaqları və qərbindəki torpaqları ələ keçirməyə çalışmayacaqları sözünü verdi. Türklər bunu qəbul etdilər, ancaq onlar (PYD) şərqə çəkilmədi. ABŞ verdiyi sözün üstündə durmadı…

  Mənim 35 illik təcrübəm, əgər Türkiyəyə verdiyiniz sözə sadiq qalmazsanız, çox tezliklə peşman olarsınız….

  Suriyada 5500-dən çox ABŞ əsgəri var, türklər isə 500 əsgərlə gör nələr edə bildi".



Әlaqәli Xәbәrlәr