Suriyada 10 kənd də terrorçulardan təmizləndi

Türkiyə Silahlı Qüvvələri "Fərat Qalxanı" hərəkatı ilə bağlı son vəziyyəti açıqlayıb

561843
Suriyada 10 kənd də terrorçulardan təmizləndi

  Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatı DAEŞ-i bölgədən çıxarmaq məqsədiylə dəstəklədiyi Azad Suriya Ordusu Suriyada 10 kəndi terrorçulardan təmizləyib.

  Baş Qərargahın şərhində o da deyilir ki, “Fərat Qalxanı” hərəkatının başladığı 24 avqustdan bu günə qədər təxminən 400 kvadrat kilometrlik sahə terror təşkilatları DAEŞ və PYD/YPG işğalından qurtulub. Eyni zamanda, Cerablus bölgəsində buradək ələ keçirilən xətdən qərb tərəfə keçilib və terror təşkilatı DAEŞ-in idarəsində olan yerlərin təmizlənilməsinə istiqamətli hərəkat davam edir”.



Әlaqәli Xәbәrlәr