“Atatürk və bütün qəhrəmanlarımızı rəhmətlə yad edirik”, B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım 30 Avqust Zəfər Bayramı təbrikini xalqa bu sözlərlə çatdırıb

561815
“Atatürk və bütün qəhrəmanlarımızı rəhmətlə yad edirik”, B.Yıldırım

  “Bu günlərdə yenə Türkiyəni parçalamaq istəyənlər millətimizin müqaviməti qarşısında çarəsiz qaldıqlarını gördülər.

  Millətimiz ən çətin şərtlər qarşısında belə mübarizədən imtina etmir, vətənini, bayrağını və azadlığını canı bahasına qoruyur.

  Bu gün də Türkiyənin hər guşəsində rifah və dinclik havasının hakim olması üçün millət əl-ələ verib, istiqlalımız, respublikamız və demokratiyamızı təhdid edən bütün şər mərkəzləri qarşısında əzm və qətiyyətlə mübarizə aparır.

  Hər kəs əmin olsun ki, ölkəmizin birlik və bütövlüyünə qəsd etmək istəyən güclər dövlətimizi bütün əzəmət və qüdrətilə daim qarşılarında görəcək.

  Türkiyə Cümhuriyyətini çevriliş təşəbbüsləriylə, terrorla, təhdidlə zəif salmağa çalışan güc mərkəzləri əməllərinə çata bilməyəcəklər.  

  Türkiyə Silahlı Qüvvələrinin bütün mənsubları və vətəndaşlarımız 30 Avqust Zəfər Bayramını yenə qeyd edir.

  Qazi Mustafa Kamal Atatürkün başçılığı ilə bu zəfəri bizə hədiyyə edən istiqlal mübarizəsinin bütün qəhrəmanlarını, şəhid və qazilərimizi rəhmətlə və şükürlərlə yad edirik”.



Әlaqәli Xәbәrlәr