Türkiyə YPG-yə son dəfə xəbərdarlıq etdi

Türkiyənin xarici işlər naziri Mövlud ÇavuşoğluYPG terrorçularının tez bir zamanda Fərat çayının şərqinə çəkilməmələri halında hədəfə alınacaqlarını söylədi.

561359
Türkiyə YPG-yə son dəfə xəbərdarlıq etdi

Türkiyə separatçı terror təşkilatı PKK-nın Suriya qolu oln PYD-nin silahlı qanadı YPG-yə son dəfə xəbərdarlıq etdi.
  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu YPG terrorçularının tez bir zamanda Fərat çayının şərqinə çəkilməmələri halında hədəfə alınacaqlarını söylədi.
  Çavuşoğlu paytaxt Ankaraya rəsmi səfər edən hollandiyalı həmkarı Bert Koenders ilə keçirdiyi birgə mətbuat konfransında avqustun 25-də başlayan "Fərat Qalxanı" əməliyyatının Cerablusu terror təşkilatı DAEŞ-dən təmizləməyi qarşısına məqsəd qoyduğunu xatırlatdı.
  Mövlud Çavuşoğlu: "Kiçik bir qüvvə ilə belə DEAŞ nəzarət etdiyi əraziləri tərk edir, buralardan qaçır. 5-6 ölkə bu məsələdə (DEAŞ əleyhinə koalisiya daxilində) əməkdaşlıq etsəydi, bu günə qədər Suriyada və İraqda belə bir terror təşkilatı qalmazdı" deyə danışdı.
  Əməliyyatın keçirildiyi Menbiç bölgəsində əsasən ərəblərin yaşadığını və  Türkiyənin dəstəklədiyi bu əməliyyatın daxilindəki qüvvələrin də  bu bölgənin nsanları olduğunu vurğulayan Çavuşoğlu:
   "Bu bölgələrə buranı tərk etmək məcburiyyətində qalan insanlar yerləşdirilməli, onlar burada yaşamalıdırlar. Amma YPG-nin məqsədi bu deyil. YPG getdiyi yerlərdə özü kimi düşünməyən kürdlər daxil olmaqla, hamını köçməyə məcbur, etnik təmizləmə aparır. Bu əməliyyatdan YPG/ PYD /PKK-nın naraht olmasının səbəbi budur. DAEŞ-lə mübarizə apardığını deyən bir terror təşkilatı DAEŞ-ə qarşı digər qüvvələrin apardığı əməliyyatdan niyə narahat olsun? Bir halda ki, ortaq hədəf DAEŞ-dir, niyə narahat olur?" şəklində danışdı.

Terror təşkilatı YPG-nin həm özünün, həm də Washington rəhbərliyinin söz verdiyi kimi, dərhal Fərat çayının qərbindən çəkilməli olduğunu vurğulayan nazir: "Əks təqdirdə hədəf olacaqdır" dedi.
  Mövlud Çavuşoğlu Adanadakı İncirlik bazasına yerləşdirilmiş əsgərlərini ziyarət etmək istəyən alman deputatları ilə bağlı verilən suala:"Lazımi addımlar atılasa, icazə verərik, yoxsa üzürlü bilsinlər" ifadələrindən istifadə etdi.
  Türkiyə 1915-ci il hadisələrinin iyun ayında Alman Parlamentində "soyqırım" kimi adlandırmasından sonra bu ölkə deputatlarının İncirlik bazasına girişinə icazə vermir.



Әlaqәli Xәbәrlәr