Təhlükəsizlik qüvvələri hücum edilən bölgəni top və tanklarla vurub

Əl istehsalı olan partlayıcı zərərsizləşdirilərkən uzaqdan idarə olunaraq partladılması nəticəsində bir əsgər şəhid olub, üç əsgər yaralanıb.

560936
Təhlükəsizlik qüvvələri hücum edilən bölgəni top və tanklarla vurub

Hakkari-Van ana yoluna nazərət edən təhlükəsizlik qüvvələri tərəfindən aşkarlanan əl istehsalı olan partlayıcı zərərsizləşdirilərkən uzaqdan idarə olunaraq partladılması nəticəsində bir əsgər şəhid olub, üç əsgər yaralanıb.

Bölgəyə cəlb olunan əlavə təhlükəsizlik qüvvələri PKK terrorçularının zərərsizləşdirilməsi üçün əməliyyat başladıb.

Şəmdinli qəsəbəsində isə Samanlı-Cədikan bölgəsində əməliyyat həyata keçirən əsgərlərə sərhəddən kənardan atılan mərmi nəticəsində bir əsgər şəhid olub, bir əsgər yaralanıb.

Hadisə mahalına cəlb olunan təcili yardım maşınının sürücüsü də terrorçular tərəfindən edilən atəş nəticəsində yaralanıb.

Təhlükəsizlik qüvvələri hücum edilən bölgəni top və tanklarla vurub. Davam edən əməliyyat zamanı 10 terrorçu zərərsizləşdirilib.

Van vilayətinin Başkalə qəsəbəsində də 2 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.



Әlaqәli Xәbәrlәr