Christian Kern Türkiyə-Avropa İttifaqı əlaqələrindən danışdı

Avstriyanın baş naziri qaçqınlar və təhlükəsizlik kimi mövzularda Türkiyənin Aİ-nın hələ də partnyoru olacağını söylədi.

561269
Christian Kern Türkiyə-Avropa İttifaqı əlaqələrindən danışdı

Avstriyanın baş naziri Christian Kern Türkiyəni itirmək istəmədiklərini bildirərək Ankara rəhbərliyi ilə Avropa İttifaqı arasında yeni əlaqələrin yaradılmasının vacibliyini qeyd etdi.

Avstriya medyasına müsahibə verən Christian Kern Aİ Komissiya sədri Jean Claude Junckerin Ankaranın Avropa İttifaqından uzaqlaşdığını görməzlikdən gəldiyini söylədi.

Kern: "Türkiyə ilə Avropa arasında yaxın əlaqələrin qurulmasını hədəfləyən müzakirələrin nəticəsi olmadı" dedi.

Bununla əlaqədar Junckeri tənqid edən Kern: "Juncker Türkiyəyə eyni anda həm sizinlə müzakirələr aparacağıq, həm də Türkiyə heç bir halda Avropa İttifaqına qatılmayacaq deyərsə, bu nə Türklər, nə də Avropalılar üçün məqbul bir mövqe olar" ifadələrini işlətdi.

Avstriyanın baş naziri qaçqınlar və təhlükəsizlik kimi mövzularda Türkiyənin Aİ-nın hələ də partnyoru olacağını söylədi.

Bu baxımdan Türkiyəni itirmək istəmədiyini bildirən Kern: "Sadəcə yeni əməkdaşlıq şəklinə ehtiyacımız var" deyə danışdı.

 

 

 



Әlaqәli Xәbәrlәr