Ərdoğan Türkiyə Qızılay Dərnəyinin nümayəndə heyətini qəbul etdi

Türkiyənin dövlət başçısı qurban vəkalətlərini Qızılaya verdi.

560519
Ərdoğan Türkiyə Qızılay Dərnəyinin nümayəndə heyətini qəbul etdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Qızılay Dərnəyinin sədri Kərəm Kınığın rəhbərlik etdiyi nümayəndə heyətini İstanbulun Tarabya Huber İqamətgahında qəbul etdi. Dövlət başçısı qurban vəkalətlərini Qızılaya verdi.

  Kınık  mətbuata qapalı keçirilən qəbuldan sonra jurnalistlərə verdiyi açıqlamada dünən Qızılayın yardımlarını Cerablusa apardıqlarını xatırladaraq, Cerablusdakı son vəziyyət barədə Ərdoğana məlumat verdiklərini bildirdi.

 Ərdoğanın ailəsinin qurban vəkalətlərini Qızılaya vermək istədiyini bildirən Kınık:" Vəkaləti aldıq. Prezidentimiz qurbanların Cerablusda, Hələbdə, Türkmən Dağlarında, sel fəlakəti nəticəsində çətin günlər yaşayan Makedonya Skopyedə ,Somalidə, Fələstin və Qəzzada, kəsilməsini istəyir" dedi.

Kınık Ərdoğan ilə Qəzzaya gəmi ilə göndərilən yardımların paylanması və Qurban Bayramında göndəriləcək ikinci yardım gəmisi barəsində danışdıqlarını ifadə etdi.

 Kərəm Kınık Qurban Bayramında  başqa bir yardım gəmisini AFAD ilə birlikdə Somali və Efiopiyaya göndərəcəklərini də prezidentə bildirdiklərini söylədi.

 Kərəm Kınık  Türkiyə Qızılayının  Suriyanın şimal sərhədinə və xüsusilə, problemli məkanlara  transsərhəd yardımlarının davam etdiyini vurğuladı.

 Ərdoğanın Cerablusun yeni humanitar dəhliz olması ilə bağlı tapşırıq verdiyini bildirən Kınık:"Biz də bu çərçivədə, xüsusilə, Əl- Bab və Hələbə qədər uzanacaq xətti humanitar  dəhliz kimi istifadə etmək üçün hazırlıq işləri aparacağıq" dedi.

Kınık hazırda 20 əmkədaşlarının Cerablus bölgəsində işlədiyini, Qızılayın mobil mətbəxinin gündəlik 5 min nəfərə səhər, günorta və axşam yeməyi verdiyini qeyd edərək, 3 gündür ərzaq yardımlarının Cerablusta davam etdiyini, yardımların Cerablusa dönən, sakinlərə gündəlik qida, bayramlıq paltarlar, səhiyyə xidmətləri şəklində edildiyini də söylədi.

Kınık Qəzzaya ikinci gəmisinin qurban bayramında göndəriləcəyini bildirdi, AFAD ilə bərabər bu çərçivədə fəaliyyətlərinin davam etdiyini, Torpaq Məhsulları Ofisinin (TMO) təmin edəcəyi quru qidanın və AFAD-ın hazırladığı Qəzzadakı uşaqların məktəbəqədər ehtiyaclarını ödəyəcək çantaların gəmiyə yükləndiyini dedi.

 Kərəm Kınık Konya Mehir Vəqfinin Qəzzada evlənmək istəyən cütlüklərə göndərdiyi  cehizlik əşyaların da gəmiyə yükləndiyini bildirdi.

Türkiyə Qızılay Dərnəyinin sədri 15 iyuldan sonra Dərnəyin FETÖ ilə əlaqələri təsbit edilən 36 şöbə və 64 əməkdaşı ilə bağlı işlərin aparıldığını bildirdi və: "Qzılay  millətin ən çətin zamanlarında onun müqavimətini artırmaq üçün mövcud olan bir qurumdur. Bu növ vəziyyətlərdə onu zəiflədəcək şəxs və qruplardan təmizlənənədək bu iş davam edəcək" deyə danışdı.



Әlaqәli Xәbәrlәr