Faruk Çelik Rusiya ilə ticarət münasibətlərində ağ səhifənin açıldığını söylədi

Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq üzrə naziri Faruk Çelik Rusiya ilə Türkiyənin ticarət münasibətlərində yeni müsbət bir dövrə qədəm qoyduqlarını qeyd etdi.

560739
Faruk Çelik Rusiya ilə ticarət münasibətlərində ağ səhifənin açıldığını söylədi

Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq üzrə naziri Faruk Çelik Rusiya ilə ticarət münasibətlərində ağ səhifənin açıldığını söylədi.
 
 Faruk Çelik Rusiya ilə Türkiyənin ticarət münasibətlərində yeni müsbət bir dövrə qədəm qoyduqlarını qeyd edərək, Rusiyaya qısa müddətdə  kənd təsərrüfatı məhsullarının intensiv ixracının başlanacağını bildirdi..
 
Çelik Rusiya ilə bir çox sahədə əlaqələrin olduğunu, lakin kənd təsərrüfatı sektorunun bu münasibətlərdə prioritet təşkil etdiyini vurğuladı.

 Bölgənin iki önəmli ölkəsi oaln Türkiyə ilə Rusiyanın münasibətlərinin müsbət istiqamətdə irəliləməsinin kənd təsərrüfatı məhsulları ixracında da əks olunduğunu bildirən Çelik: "Bir neçə ay ərzində kən təsərrüfatı sahəsindəki ixracımızın və bu sahədə hər iki ölkənin potensialının yenidən böyük bir impuls qazanacağına inanıram" dedi.



Әlaqәli Xәbәrlәr