"Fərat Qalxanı" əməliyyatında bir əsgər şəhid oldu

PYD terrorçuları tərəfindən təşkil olunan hücumda bir əsgər şəhid oldu, üçü yaralandı.

560517
"Fərat Qalxanı" əməliyyatında bir əsgər şəhid oldu

Suriyanın Cerablus bölgəsində davam edən "Fərat Qalxanı" əməliyyatında iştirak edən iki tanka separatçı terror təşkilatı PKK-nın qolu olan PYD terrorçuları tərəfindən təşkil olunan hücumda bir əsgər şəhid oldu.
 
 Terrorçuların Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklara raket atması nəticəsində 3 əsgər də yaralandı.
 
 Şəhid əsgərin nəşi və yaralı əsgərlər helikopterlə Türkiyəyə gətirildi.
 
 Hadisədən sonra terrorçu hədəfləri haubitsalarla vuruldu.
 
 Bu arada, Azad Suriya Ordusunun Cerablustaki irəliləyişi Türkiyə Silahlı Qüvvələrinin də dəstəyilə davam edir.



Әlaqәli Xәbәrlәr