“Şübhəlilərin mühakiməsilə bağlı Türkiyə ilə əməkdaşlığa hazırıq”, T.Yaqland

Avropa Şurası Baş katibi Turbörn Yaqland (Thorbjorn Jagland) Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevriliş cəhdindən sonra şübhəlilərin mühakimə olunmasıyla bağlı Türkiyə ilə əməkdaşlığa hazır olduqlarını söyləyib

560138
“Şübhəlilərin mühakiməsilə bağlı Türkiyə ilə əməkdaşlığa hazırıq”, T.Yaqland

  Yaqland Almaniyanın “Die Welt” qəzetinə verdiyi müsahibədə deyib: “Avropa Şurası mütəxəssisləri olaraq biz çevriliş cəhdi şübhəlilərinin mühakimə olunması zamanı hüquqi normalarının nəzərə alınması və tövsiyələrlə əlaqədar Türkiyə səlahiyyətlilərlə görüşəcəyik. Bununla da “şübhəlilərə rəftar” mövzusunda Strasburqdakı Avropa İnsan Haqqları Məhkəməsinə ola biləcək şikayətlərin qarşısını almaq istəyirik”.



Әlaqәli Xәbәrlәr