Türkiyəyə dəstək məqsədli ziyarətlər davam edir

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul xain çevriliş cəhdindən sonra Türkiyəyə dəstək olmaq məqsədli ziyarətlər davam edir.

559513
Türkiyəyə dəstək məqsədli ziyarətlər davam edir
yıldırım-lajcak.jpg

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul xain çevriliş cəhdindən sonra Türkiyəyə dəstək olmaq məqsədli ziyarətlər davam edir.

Həmin çərçivədə Slovakiyanın Xarici İşlər naziri Miroslav Lajcak Ankaraya səfərə gəlib.

Lajcak həmkarı Mövlud Çavuşoğlu ilə ikilikdə və heyətlər arasında görüşlər keçirib.

Görüşdən sonra açıqlama verən Çavuşoğlu Slovakiyanın Türkiyəyə 15 iyulda verdiyi dəstəyə görə təşəkkür edərək deyib ki, çevriliş cəhdi gecəsində zəng edən ilk dövlət rəsmisi Lajcak idi. Çevriliş cəhdinin nəticəsi bəlli olmadan çevriliş əleyhinə olduqlarını və Türkiyədəki hakimiyyəti, demokratik seçkilərlə vəzifəyə gəlmiş hökuməti və dövlət başçısını şəxsi adından və Avropa İttifaqı adından dəstəklədiklərini bildirdi. Biz bunu heç vaxt unutmayacağıq. Həqiqi dost budur.

Slovakiyanın Avropa İttifaqının növbəti sədri olduğunu xatırladan Çavuşoğlu vurğulayıb ki, Avropa İttifaqına üzvlük strateji hədəfdir, ancaq bərabər və şərəfli bir üzvlük istəyirik. Görüşdə Türkiyənin İttifaqa üzvlük prosesi də müzakirə olundu.

Slovakiyanın Xarici İşlər naziri Lajcak və müşayiətindəki heyət görüşləri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Karaman  tərəfindən də qəbul edilib.

Məclis sədri səfərinə görə Lajcaka təşəkkür edərək deyib ki, Türkiyə çevriliş cəhdinin izlərini silməyə cəhd göstərir və ən yaxın zamanda bunun öhdəsindən gəlinəcək.

Lajcak isə Türkiyəyə yaşadığı çətin günlərdə dəstək olmaq məqsədilə gəldiyini bildirərək, Türkiyədəki siyasi xadimləri və liderləri də çevriliş cəhdi qarşısında göstərdikləri mövqeyə görə təbrik edib.  

Miroslav Lajcak Baş nazir Binəli Yıldırım tərəfindən də Çankaya köşkündə qəbul edilib.

Çevriliş cəhdinə qarşı başdan bəridir mövqeyini ortaya qoyan Slovakiya rəsmilərinə təşəkkür edən baş nazir gec də olsa son günlərdə Türkiyəyə reallaşdırılan səfərlərin mənalı olduğunu söyləyib.

Baş nazir Yıldırım deyib ki, İttifaqın növbəti sədri olan Slovakiyanın Türkiyənin üzvlük prosesinə sürət qazandırmasını gözləyirik. Türkiyə qeyri-qanuni köçlə mübarizə ilə əlaqəli iki tərəf arasındakı razılaşma çərçivəsindəki məsuliyyətlərinə sadiqdir. Avropa İttifaqının da eyni şəkildə hərəkət etməsini istəyirik.  

Lajcak da Slovakiyanın sədrliyi dövründə Türkiyənin İttifaqa üzvlük prosesini dəstəkləməkdə davam edəcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr