"Türkiyə Suriya, İraq və bütün qonşularının torpaq bütövlüyü tərəfdarıdır", N.Kurtulmuş

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş Cizrədəki hücumla bağlı hesabın mütləq soruşulacağını bildirərək şəhidlərə rəhmət, yaralılara isə şəfa diləyib

559832
"Türkiyə Suriya, İraq və bütün qonşularının torpaq bütövlüyü tərəfdarıdır", N.Kurtulmuş

  Numan Kurtulmuş özünün “Twitter” səhifəsində “Fırat Kalkanı” adlı hərbi əməliyyatı dəyərləndirərək deyib ki, "Fətullahçı Terror Təşkilatının (FETÖ/PDY) çevriliş cəhdindən fürsət kimi istifadə edən DAEŞ və PKK/PYD-YPG terror təşkilatları kütləvi şəkildə hücuma başlayıblar".

  Numan Kurtulmuş bir müddətdir sərhəddən kənarda yaşayış yerlərinə xeyli sayda raket mərmiləri düşdüyünü və itkilər olduğunu xatırladaraq bildirib ki, "Türkiyənin buna göz yumması əsla mümkün deyil. Türkiyə sərhədlərini qorumaq və təhlükəsizliyini təmin etmək barədə qətiyyətlidir. Buna görə hücumlara cavab məqsədilə hərəkətə keçməsi beynəlxalq hüquqa uyğundur".

  Baş nazirin müavini Türkiyənin Suriya, İraq və bütün qonşularının torpaq bütövlüyü tərəfdarı olduğunu da vurğulayıb. 



Әlaqәli Xәbәrlәr