Terror hədəfləri ən həssas şəkildə vurulur

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fırat Kalkanı” adlı hərbi əməliyyat çərçivəsində müəyyənləşdirilən terror hədəflərinin ən həssas şəkildə vurularaq məhv edildiyi bildirilib.

559465
Terror hədəfləri ən həssas şəkildə vurulur

Baş Nazirlik tərəfindən verilən açıqlamada Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fırat Kalkanı” adlı hərbi əməliyyat çərçivəsində müəyyənləşdirilən terror hədəflərinin ən həssas şəkildə vurularaq məhv edildiyi bildirilib.

Bəzi dairələrin bir sıra kütləvi informasiya vasitələrində yer tutan “dinc vətəndaşların hədəf alındığı” barədəki təbliğat məqsədli iddialarının da qətiyyətlə həqiqəti əks etdirmədiyi vurğulanıb.

Baş Qərargah Rəisliyinin internet səhifəsində yer tutan açıqlamada da DEAŞ başda olmaqla terror təşkilatlarının yaratdığı təhdidə son qoyaraq Türkiyənin sərhəd məntəqələrindəki təhlükəsizliyi gücləndirmək və koalisiya qüvvələrinə dəstək vermək məqsədilə avqustun 24-də başlanılan əməliyyatın davam etdiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, terror təşkilatları tərəfindən istifadə edilən və Türkiyənin sərhəd məntəqəsində təhlükəsizlik riski doğuran Suriyanın şimalındakı hərəkat Türkiyənin beynəlxalq hüquqa əsaslanan haqqları və BMT sazişinin 51-ci maddəsində yer alan “Özünü müdafiə haqqı” və BMT-nin DEAŞ ilə mübarizəsi istiqamətində aldığı qərarlar çərçivəsində davam etdirilir.

Açıqlamada o da vurğulanıb ki, terror təşkilatları tərəfindən istifadə edilən və sərhəd məntəqəmizdə təhlükəsizlik riski doğuran Suriyanın şimalında beynəlxalq koalisiya tərəfindən həyata keçirilən əməliyyata dəstək verən Türkiyə Silahlı Qüvvələri bölgədə yaşayan dinc vətəndaşların zərər görməməsi üçün bütün tədbirləri görür və bu sahədə əlindən gələn həssaslığı göstərir.



Әlaqәli Xәbәrlәr