Bəhreyn Kralı Haməd bin İsa bin Xəlifə Ankarada səfərdə olub

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan avqustun 25-də Ankarada səfərdə olan Bəhreyn Kralı Haməd bin İsa bin Xəlifəni rəsmi mərasimlə qarşılayıb.

559474

Ərdoğan və Kral bin Xəlifənin mərasim sahəsindəki yerini almasından sonra iki ölkənin himnləri oxunub. Sonra da Bəhreyn Kralı mərasim dəstəsini türkcə “mərhaba askər” deyərək salamlayıb.

Ərdoğan və Bəhreyn Kralı Cümhurbaşqanlığı iqamətgahının protokol qapısında xatirə şəkili çəkildikdən sonra təkbətək görüş baş tutub. Daha sonra isə heyətlər bir araya gəlib. Görüşlərdən sonra iki ölkə arasında 5 sahədə saziş və əməkdaşlıq protokoluna qol çəkilib.  

Yunus Əmrə İnstitutu ilə Bəhreyn Universiteti arasında əməkdaşlıq protokolu isə İnstitutun sədr vəkili professor Şərəf Atəş ilə Bəhreynin Xarici İşlər naziri Şeyx Xalid bin Əhməd bin Məhəmməd əl Xəlifə tərəfindən imzalanıb.

Әlaqәli Xәbәrlәr