Rəcəb Tayyib Ərdoğan  Joe Bideni qəbul etdi

Görüşdən sonra mətbuat konfransı keçirildi.

558711
Rəcəb Tayyib Ərdoğan  Joe Bideni qəbul etdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rəsmi səfərlə Ankaraya gələn Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Joe Bideni Prezident Kompleksində qəbul etdi.
 Görüşdən sonra keçirilən mətbuat konfransında prezident Ərdoğan FETÖ-nün başçısı Gülənin ekstradisiyasının xüsusilə tələb olunduğunu deyərək:" Amerika Birləşmiş Ştatlarının bu məsələdə haqlı ümidimizi doğruldacaq lazımi addımları atacağına inanıram" dedi.
 
Türkiyənin dövlət başçısı: "DEAŞ daxil olmaqla, terrorla mübarizə regionda ən əhəmiyyətli məsələdir. Terror təşkilatının "yaxşısı- pisi "- deyə bir ayrı-seçkilik etmək olmaz. Milli təhlükəsizliyimizin təhdid edilməsinə əsla imkan verməyəcəyik" ifadələrini işlətdi.
 
 ABŞ Vitse-prezidenti Biden: "FETÖ-nün başçısı Güləni qorumaq üçün heç bir səbəbimiz yoxdur" dedi.
 
 Dövlət çevrilişi cəhdinin ilk anlarından etibarən sizin yanınızda olmuşuq, sizinlə bir yerdəyik deyən Bidenin: "ABŞ çevriliş təşəbbüsü ilə bağlı hər kəsin məhkəmə qarşısına çıxarılması üçün hər növ dəstəyi təmin edəcəkdir. Şübhəsiz ki, Gülənin ekstradisiyası məsələsində yaxın əməkdaşlıq edəcəyik" dedi.
 
Joe Biden Türk və ABŞ xalqlarının terror qarşısında geri addım atmayacaqlarını bildiirərək: "Amerika xalqı sizin yanınızdadır.  Barak Obama ilk zəng edənlərin arasında idi. Üzr istəyirəm, kaş daha əvvəl bura gələydim" dedi.
 
Joe Biden prezident Ərdoğanla görüşündən əvvəl başçılıq etdiyi heyətlə birgə  ilk növbədə, Türkiyə Böyük Millət Məclisinə getdii,Türkiyə Böyük Millət Məclisinn sədri İsmayıl Kahramanla görüşdü.
 
Kahraman dost və müttəfiq ABŞ-ın vitse-prezidenti Joe Bidenə gəldiyi üçün təşəkkür etdi.
 
 Biden çevriliş cəhdi ilə əlaqədar kədərini dilə gətirərək:"Hadisənin ertəsi günü burada olmaq istərdim. Öz əsgərlərinizin Məclisə hücum etdiyini öyrənəndə sanki ürəyimə bıçaq sancıldı, 11 Sentyabrda ölkəmdə olanları mənə xatırlatdı" dedi.
 
 Türkiyədəki demokratiyaya inandıqlarını bildirən Biden: "Türkiyə güclü bir ölkədir, sizə ehtiyacımız var" deyə danışdı.
 



Әlaqәli Xәbәrlәr