Nə zaman Türkiyə DAEŞ-ə müdaxilə edir, o zaman…

Türkiyənin Avropa İttifaqı üzrə naziri və Baş məsləhətçisi Ömər Çelik sərbəst viza rejimi məsələsiylə bağlı Aİ-dən dəqiq bir tarix gəlməzsə, Avropadan suriyalı qaçqınların geri qəbul razılaşmasının olmayacağını söyləyib.

559274
Nə zaman Türkiyə DAEŞ-ə müdaxilə edir, o zaman…

  Ö.Çelik Almaniyanın Avropa İşləri Üzrə Dövlət naziri Maykl Rotla (Michael Roth) görüşdükdən sonra birgə mətbuat konfransında çıxış edib: "Türkiyə və Avropa arasında yeni bir dəyişikliyin ortaya çıxması olduqca gözəldir. Biz Avropadakı bəzi siyasətçilərin Türkiyəyə olan yanaşmasını Avropa İttifaqından ayrı tutmağa çalışırıq. Köç böhranı Avropa İttifaqının tarixi boyu gördüyü ən böyük böhranlardan biridir. Türkiyə milyonlarla suriyalılara qonaqpərvərlik göstərir. Angela Merkelin də dediyi kimi, “Türkiyə və Avropa İttifaqı arasında köç böhranı ilə bağlı görülən işlər böyük bir əməkdaşlığı ortaya qoyub”. Biz sərbəst viza reijimi ilə bağlı dəqiq bir tarix gözləyirik, əks təqdirdə qaçqınların geri qəbuluna dair razılaşma tətbiq edilməyəcək. Türkiyə bölgənin təhlükəsizliyi baxımından bütün dünyanın məşğul olduğu DAEŞ terror təşkilatı ilə mübarizə aparır. Bu yalnız Türkiyənin təhlükəsizliyi üçün deyil, eyni zamanda, Avropanın təhlükəsizliyi üçün əhəmiyyətlidir.”

  Daha sonra Ömər Çelik: "Bu prosesdə son bir ildir dünyada bir yalan da ortaya çıxıb. Bu da PYD-nin DAEŞ-ə qarşı döyüşdüyü yalanıdır. Baxın, nə zaman Türkiyə DAEŞ-ə müdaxilə edir, Suriyadan PYD, Türkiyədən HDP qarşı çıxır. Artıq PYD-nin DAEŞ-ə qarşı döyüşdüyü yalanı çöküb. DAEŞ üçün ABŞ-da çadır qurulmursa, PKK üçün də daha qurulmamalıdır", - deyib.



Әlaqәli Xәbәrlәr