M.Çavuşoğlu: Quldurbaşının qaytarılması sadə bir köməkləşmə məsələsi deyil

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) quldurbaşı Fətullah Gülənin qaytarılmasının ədliyyə çərçivəsində sadə bir köməkləşmə məsələsi olmadığını bildirib.

558740
M.Çavuşoğlu: Quldurbaşının qaytarılması sadə bir köməkləşmə məsələsi deyil

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) quldurbaşı Fətullah Gülənin qaytarılmasının ədliyyə çərçivəsində sadə bir köməkləşmə məsələsi olmadığını, milli təhlükəsizlik baxımından çox ciddi təhdidin gündəmdə olduğunu bildirib.

Çavuşoğlu özünün “Twitter” səhifəsində açıqlama verərək, ABŞ prezidentinin köməkçisi Co Baydenin (Jeo Biden) Ankaraya səfərinin önəmli olduğunu ifadə edib və bildirib ki, Baydenin səfəri vasitəsilə ortaya qoyulan həmrəylik konkret addımlarla dəstəklənməlidir. İkitərəfli əlaqələri güclü tuta bilmək üçün isə mövcud suallara lazım gələn cavabların verilməsi və qətiyyətli bir mövqe ortaya qoyulması vacibdir. Terror təşkilatı FETÖ düzgün başa düşülməlidir. Bunlar dini bir qrup deyillər, dinimizdən sui-istifadə edən, öz mənfəətlərini düşünən, əli qanlı, vəhşi və barbar bir terror təşkilatıdır.

Xarici İşlər naziri Çavuşoğlu onu da vurğulayıb ki, 15 iyuldan sonra 1999-cu ildən bəridir ABŞ-da yaşayan Fətullah Gülən və terror şəbəkəsinin mənfəət əlaqələri, gizli hədəfləri gün işığına çıxarıldı. Quldurbaşı Gülənin qaytarılması isə  ədliyyə sahəsində sadə bir köməkləşmə məsələsi deyil. Milli Təhlükəsizliyimiz baxımından çox ciddi bir təhdid təşkil edir.



Әlaqәli Xәbәrlәr